24 sentyabr tarixində “Marneuli Təmizlik Günü” qeyd olunacaq
Təşəbbüs qrupu “Yaşıl Düşüncənin” təşkilatçılığı ilə Marneuli bələdiyyəsi tarixində ilk dəfə olaraq 24 sentyabr tarixində “Marneuli Təmizlik Günü” qeyd olunacaq.
InterPress.ge xəbər verir ki, qeyd olunan tarixdə Marneuli şəhəri də daxil olmaqla Marneuli bələdiyyəsinin bütün kəndlərində təmizlik aksiyaları keçiriləcək.
"Yaşıl Düşüncə" Marneuli bələdiyyəsini tullantılardan təmizləmək üçün təbiətsevərləri təmizlik kompaniyasını çağırır.
Qeydiyyat linki: https://forms.gle/MABw3YJ8xjyYzwgX7
Qeydiyyat formasının doldurulması üçün son tarix 15 sentyabdır.
Qeyd edək ki, “Marneuli Təmizlik Gününün” iştirakçıları təmizlik aksiyasının keçirilməsi üçün bütün ləvazimatlar ilə təmin olunacaqlar.
Qeydiyyatdan keçən liderlərlə “Marneuli Təmizlik Günündən” ən azı bir həftə əvvəl əlaqə saxlanılacaq və təmizlik gününün keçirilməsi üçün lazımı ləvazimatlar veriləcək.


