20 
Sen
2023
11:23
259

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus hərbi hissə sıradan çıxarılıb - Azərbaycan MN

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus hərbi hissənin sıradan çıxarılmasının görüntülərini yayıb.

InterPress.ge həmin görüntüləri təqdim edir:

Azərbaycan Müdafiə Nazirliyi qeyd edir ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər

Qoşqu magistral yolda aşıb
20.07.2024 20:01
136