19 
Sen
2023
19:06
91

İnterpol tərəfindən axtarışda olan şəxsin Gürcüstandan Türkiyə Respublikasına ekstradisiyası həyata keçirilib

Azyaşlının qanunsuz olaraq azadlıqdan məhrum edilməsinə görə İnterpolun qırmızı sirkulyar xətti ilə axtarışda olan şəxsin Gürcüstandan Türkiyə Respublikasına ekstradisiyası həyata keçirilib.

lnterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Qurumdan verilən məlumata görə, adıçəkilən şəxs 2009-cu ildən cinsi zorakılıq, 16 yaşına çatmamış şəxsin qanunsuz saxlanması ilə bağlı Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən axtarışda olub.

“Türkiyə tərəfinin apardığı araşdırma zamanı müəyyən edilib ki, cinayət əməlləri nəticəsində zərərçəkmiş azyaşlının psixi sağlamlığına ziyan dəyib.
20 dekabr 2022-ci il tarixində Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları axtarışda olan şəxsi Türkiyə Respublikasına ekstradisiya üçün həbs ediblər.
Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında məhkəmə 16 mart 2023-cü il tarixdə adıçəkilən şəxsin Türkiyə Respublikasına ekstradisiyasını məqbul hesab edib. Bu il aprelin 11-də Gürcüstanın Ali Məhkəməsi müdafiə tərəfinin kassasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin ekstradisiyanın məqbul sayılması ilə bağlı qərarı dəyişməz qalıb.
2023-cü il sentyabrın 13-də Gürcüstanın ədliyyə naziri adıçəkilən şəxsin Türkiyə Respublikasına ekstradisiyası ilə bağlı yekun qərar qəbul edib, bundan sonra sentyabrın 15-də axtarışda olan şəxs Xüsusi Xidmətin əməkdaşları tərəfindən Penitensiar Xidmət Türkiyə Respublikasının səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib. 


Gürcüstan Prokurorluğu axtarışda olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün gələcəkdə tərəfdaş ölkələrin səlahiyyətli orqanları ilə uğurlu əməkdaşlığa hazır olduğunu bildirir”, - Prokurorluğun yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın