19 
Sen
2023
12:04
162

Saxta sənədlər hazırlayıb istifadə edən iki nəfər ifşa edilib

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta vergi və rəsmi sənədlərin hazırlanması və istifadəsi faktlarına görə iki nəfər barəsində cinayət təqibi başlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər dövlət satınalmalarında iştirak üçün tələb olunan müvafiq təcrübəni süni surətdə təsdiq etmək və saxta ƏDV aktivi yaratmaq məqsədilə idarə etdikləri şirkətlər adından tikinti işlərinin aparılması ilə bağlı bir-birləri ilə 2.236.000 lari dəyərində saxta müqavilələr imzalayıblar, bundan sonra forma N2, qəbul-təhvil aktları və vergi hesab-fakturaları yaradıblar, bununla da şirkət üçün 226,496 lari dəyərində saxta ƏDV aktivi təşkil ediblər.

“Aparılmış istintaq tədbirləri nəticəsində saxta yolla yaradılmış aktiv tamamilə ləğv edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 210 və 362-ci maddələri ilə aparılır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın