18 
Sen
2023
11:04
142

Ğvareli bələdiyyəsində yarım saat davam edən dolu kəndlərə ziyan vurub

Ğvareli bələdiyyəsində təbii fəlakətdən zərər çəkən əhali kömək istəyir.

InterPress.ge xəbər verir ki, gecə saatlarında baş verən təbii fəlakət Ğvareli bələdiyyəsinin 10-a yaxın kəndinə xeyli ziyan vurub 

Yerli sakinlərin sözlərinə görə, təxminən yarım saat davam edən dolu həm birillik, həm də çoxillik bitkiləri, o cümlədən üzüm bağlarının bir hissəsini məhv edib.

Güclü dolu evlərin damlarına və avtomobillərə ziyan vurub.

Yerli sakinlər dəyən ziyanı hesablayır və kömək istəyir.

Bundan başqa, əhalinin bir hissəsi hələ də işıqsız qalıb.

Əlverişsiz hava şəraitinin yaratdığı problemlərin həlli üçün gecə boyu yerli icra hakimiyyətinin nümayəndələri və müvafiq xidmətlər təbii fəlakət zonasına səfərbər olunub.

Zərərlərin hesablanmasına başlanılıb. Onlar fəlakət bölgəsində Kaxeti dövlət nümayəndəsini gözləyirlər

Bizimlə əlaqə saxlayın