Kaxetinin Gurcaani bələdiyyəsinin Cimit kəndində baş verən bədbəxd hadisə nəticəsində 33 yaşlı kişi ölüb.
InterPress.ge xəbər verir ki, məlumata görə, həmin şəxs ov tüfəngindən açılan atəş nəticəsində öldürülüb.
Yerli sakinlərin məlumatına görə, Levan Şişniaşvili dostu ilə kəndin yaxınlığında ov edərkən ehtiyatsızlıqdan həmkəndlisinin ov tüfəngi yerə düşüb və atəş açılıb. O, ağır yaralandığından yerindəcə keçinib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 116-cı (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
