15 
Sen
2023
20:59
268

Gürcüstanın Gəncədəki baş konsulunun diplomatik fəaliyyəti başa çatıb

Azərbaycanın Gəncə Şəhərinin İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncə şəhərdəki baş konsulu Nikoloz İaşvilini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

InterPress.ge-nin Azərbaycan mediasına istinadən məlumatına görə, N.Bayramov N.İaşvilinin diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün göstərdiyi xidmətlərin yüksək qiymətləndirildiyini söyləyib.

Şəhər rəhbəri konsula gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Nikoloz İaşvili, öz növbəsində, Niyazi Bayramova səmimi görüşə görə minnətdarlığını bildirib və Gəncədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Görüşdə Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop da iştirak edib.

Qeyd edək ki, N.İaşvili 2019-cu ildən Gürcüstanın Gəncədəki baş konsulu idi.

Bizimlə əlaqə saxlayın