Gürcüstan XİN bəyanat yayıb
Böyük Britaniyada sərt miqrasiya siyasətini nəzərə alaraq, ölkə sərhəd nəzarətini gücləndirib.
InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.
Qurumdan verilən məlumata görə, qeyd olunanları nəzərə alaraq, bu il sentyabrın 8-dən Gürcüstan vətəndaşları üçün hava limanında tranzit zamanı viza almaq öhdəliyi (DATV) tətbiq edilib.
“Bu kateqoriya viza şəxs üçüncü ölkəyə səfər edərkən, Böyük Britaniyada uçuşları dəyişdirdikdə və sərhəd yoxlamalarından keçmədikdə tələb olunur. Qeyd edək ki, sərt immiqrasiya siyasəti səbəbindən Böyük Britaniyanın tranzit viza rejimi 100-dən çox ölkə ilə, o cümlədən Moldova, Ukrayna, Türkiyə, Şimali Makedoniya, Cənubi Afrika Respublikası, Çin, Ermənistan, Azərbaycan, Monteneqro, Bosniya və s ilə tətbiq edilib”, - deyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.


