Avtomobil sahiblərinin nəzərinə - Yeni qayda tətbiq oluna bilər
Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qanunvericilik səviyyəsində tənzimlənə bilər.
InterPress.ge xəbər verir ki, bu barədə nəqliyyat və yol təhlükəsizliyi məsələləri üzrə ekspert İrakli İzoriya məlumat verib.
Yol Təhlükəsizliyi üzrə Tərəfdaşlıq Fondunun direktoru İrakli İzoriyanın dediyinə görə, sürücünün müalicəyə pulu olmadığı üçün kimsə ölməməlidir.
"Qanun layihəsi hələ təqdim edilməyib, Gürcüstan hökuməti onu payız sessiyalarına çıxaracaq və rəsmən göndəriləcək, bu prosesdə vətəndaş təşkilatları iştirak edəcək”, - İrakli İzoriya bildirib.
Bundan əlavə, o qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər paketinə əsasən, qışda müəyyən zonalarda, yol hissələrində qış təkərləri və ya sürüşməyə qarşı zəncirlər məcburi ola bilər.
"Avtomobilin qış təkərləri və sürüşməyə qarşı zəncirləri varsa, patrul ona xüsusi ərazidə icazə verəcək. Avtomobilə lazımi qulluq göstərilməsə, patrulun avtomobilin yola davam etməsinə icazə verməmək hüququ olacaq”, - İrakli İzoriya “Kvira” media holdinqində keçirilən mətbuat konfransında bildirib.


