13 
Sen
2023
12:07
503

Anasından hədə-qorxu ilə pul tələb edən və onu həyatı ilə təhdid edən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Axmeta regional bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü A.Ğ. -ni ailə üzvünə qarşı hədə-qorxu ilə pul tələb etmək və təhdid etmək ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs anası, 1952-ci il təvəllüdlü M.Ğ.-dan Tbilisi və Axmeta şəhərlərində ona məxsus olan 170 min lari dəyərində yaşayış evlərinin onun adına keçirilməsini istəyib. Əks halda, onu sağlamlığına ziyan vurmaqla və həyatı ilə təhdid edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxs tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər