13 
Sen
2023
11:43
341

Marneulidən Quriyaya humanitar yük göndərilib

Bölgə qubernatoru Giorgi Doxturişvilinin təşəbbüsü ilə humanitar yük eyni vaxtda Kvemo Kartli bələdiyyələrindən Quriyaya göndərilib.

InterPress.ge xəbər verir ki, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov və şəhər şurasının sədri Amiran Qiorqadze meriyada humanitar yüklərin səfərbər olunması prosesi ilə tanış olublar.

Pul bələdiyyə zalının ehtiyat fondundan ayrılaraq ilkin istehlak mallarının və məmulatlarının alınmasına sərf edilib.

“Quriyada təbii hadisələr nəticəsində baş vermiş faciəyə görə kədərimi bildirirəm.

Quriya bölgəsinə göndərilən humanitar yüklərin alınması üçün ehtiyat fondundan pul ayırdıq. Marneuli Bələdiyyəsi təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara öz dəstəyini bildirir”, - deyə Marneuli meri Kənan Ömərov bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər