Gürcüstan prezidenti bu gün 9 məhkumu əfv edib.
InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Prezidentinin Facebook səhifəsində məlumat yerləşdirilib.
Bildirilib ki, 5 məhkum cəzaçəkmə müəssisəsindən tam azad edilib və bu gün cəzaçəkmə müəssisəsini tərk edəcəklər, 4 məhkumun isə cəzaçəkmə müəssisəsində çəkilməsi üçün qalan cəza müddəti azaldılıb. Azadlığa buraxılan məhkumlar arasında 2-si qadındır.
