Bizimlə əlaqəHaqqımızda—
Ən son:
GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb
TVCANLI

Marneulidə Hz.Fatimeyi Zəhranın (s.ə) təvvəlüdü münasibəti ilə tədbir keçirilib

1,953
Marneulidə Hz.Fatimeyi Zəhranın (s.ə) təvvəlüdü münasibəti ilə tədbir keçirilib
Dinləmək üçün basın

Bu gün, Marneulinin Alget (Gorarxı) kəndində yerləşən “Muradoğlu” şadlıq sarayında Xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə tədbir təşkil olunub.

Bu gün, Marneulinin Alget (Gorarxı) kəndində yerləşən “Muradoğlu” şadlıq sarayında Xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə tədbir təşkil olunub.

InterPress.ge-nin məlumatına görə, tədbirə Marneuli və ətraf kəndlərdən inanclı müsəlmanlar dəvət olunub.

Gürcüstan Müsəlmanları İdarəsinin və Əhlibeyt Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimə dövlət rəsmiləri, Azərbaycan və İran İslam Respublikası səfirliklərinin nümayəndələri, din, elm və ictimaiyyət xadimləri iştirak edib.

Tədbirin aparıcısı Hacı Mahir Məmmədov tədbir haqda məlumat verib tədbir iştirakçılarını salamladıqdan sonra Quran tilavəti ilə tədbiri açıq elan etmək üçün sözü Quran qiraətçisi Fuad İsayeva verib. Sonra ardıcıl olaraq təbrik və çıxış üçün din xadimləri və dövlət rəsmilərini kürsüyə dəvət edib.

Bayram tədbirində çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze və Gəncə şəhərindən Azərbaycanın dəyərli ruhanilərindən olan Hacı Vuqar İsgəndərov iki dünya xanımı Hz. Zəhranın (s.ə) fəzilət və məqamından, o xanımın örnək həyatından, Onun simasında İslamda ailə mədəniyyəti haqda geniş söhbətlər ediblər.

Gürcüstan Parlamentinin Marneulidən mojaritar millət vəkili Ruslan Hacıyev, Marneuli şəhərinin Meri Zaur Darğallı, İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Azərbaycanın ölkəmizdəki səfirliyinin birinci katibi Sərxan İsmayılov və başqaları müsəlmanları əziz bayram günləri münasibəti ilə təbrik edib, çıxışları zamanı Həzrət Peyğəmbər (s) qızının nümunəvi üstün cəhətlərinə və dəyərli xüsusiyyətlərinə toxunublar.

Tədbir Azərbaycandan dəvət olunan Əhlibeyt məddahı Vasif Vəsfinur, yerli məddahlar Səid Həsən və Anar Cəfərinin ifasında Hz. Fatimeyi Zəhra (s.ə) haqqında şeir və ilahilərlə davam edib.

Nəhayət bayram süfrəsi ətrafında təşkil olunan tədbir "Fərəc" duası ilə yekunlaşıb. Mərasim iştirakçılarına jurnal, təqvim və praşurlar təqdim olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirSon xəbərlərə bax →