12 
Sen
2023
12:29
348

Svetitsxovelinin həyətində narkotik vasitəni satış məqsədi ilə yerləşdirən qadın tutulub

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə keçirdikləri tədbirlər nəticəsində Svetitsxovelinin həyətində narkotik vasitə yerləşdirən Ukrayna vətəndaşı gənc qadın tutulub. 

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadze məlumat verib.

"O, Svetitsxovelinin həyətində 9 yerdə külli miqdarda narkotik vasitə yerləşdirib və müxtəlif internet proqramları vasitəsilə satıb. Narkotik alveri ilə məşğul olan bu qrup tutulub. Biz bir neçə nəfəri müəyyən etmişik, lakin indiki mərhələdə üç nəfər saxlanılıb”, - deyə Kupatadze bildirib.

Bu gün səhər saatlarından etibarən ölkənin bir neçə yerində narkotik alverçilərinə qarşı xüsusi əməliyyat keçirilir. Günün sonuna qədər saxlanılanların sayının artacağı gözlənilir, hazırda 10 nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın