29 
Iyl
2020
19:41
4157

Marneulidə üç gənc saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin Marneuli rayon şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində Marneuli Bələdiyyəsində 3 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

DİN-dən bildirilir ki, hakim hökmü əsasında 1995-ci il təvəllüdlü A.O., 1998-ci il təvəllüdlü A.O. və 1988-ci il təvəllüdlü A.G. Yetkinlik yaşına çatmayan şəxsə qanunsuz azadlıqdan məhrumetmə ittihamı ilə saxlanılıb.

İstintaq müəyyən edib ki, müttəhimlər, evlənmək məqsədi ilə Marneuli Bələdiyyəsinin kəndlərindən birində yaşayan 2005-ci il təvəllüdlü F.A-nı qaçıraraq bir evə aparıblar və həmin şəxslərdən biri qıza təcavüz edib. Əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən hər üç şəxs istintaq başlandığı günün sabahsı saxlanılıb.

Faktla bağlı istintaq başlanılıb.

Cinayətlər 7 ildən 20 ilədək həbs cəzası ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər