11 
Sen
2023
15:01
934

Yüksək akademik göstəricilərə malik olan tələbələrə dövlət hər ay 300 lari verəcək

"Əlaçı tələbələrin təqaüdünü ikiqat artırırıq, bu gündən 5000 əlaçı tələbə təqaüd alacaq, bu, hər tələbəyə 300 lari olacaq”.

InterPress.ge xəbər verir ki bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, hökumət əlaçı tələbələrin ən yaxşı xarici universitetlərdə təhsil alması üçün maliyyələşdirilməsi layihəsini də gücləndirəcək.

“Biz tələbələrə mümkün qədər kömək edirik. Hətta ilk baş nazir olduğum dövrdə beynəlxalq təhsil mərkəzi yaratdıq, 1000-dən çox əlaçı tələbəni xaricdəki ən yaxşı universitetlərə göndərdik və onlara tamamilə pulsuz təhsil verdik. Müqayisə üçün onu da xatırlamaq istərdim ki, keçmiş hakimiyyət nümayəndələri, o cümlədən keçmiş prezident öz övladlarının, öz ailə üzvlərinin təhsilini büdcədən maliyyələşdirirdi. Bu fərqdir. Mindən çox əlaçı tələbələri seçdik və onlara ən yaxşı xarici universitetlərdə təhsil verdik. Təbii ki, bu insanlar qayıdıb təkcə dövlət qurumunda deyil, özəl strukturlarda da işləyirlər. Bu, bizim sərvətimizdir, gücümüzdür. Bu layihəni daha da gücləndirəcəyik. Yeni nazir bu istiqamətdə işləyir.

İkinci istiqamət istedadlı, əla, yüksək akademik göstəricilərə malik tələbələrə kömək etmək, daha doğrusu, onları qiymətləndirmək, tələbə təqaüdü şəklində bir növ həvəsləndirməkdir. Hazırkı proqram təxminən 2500 tələbə üçün 150 lari təqaüd nəzərdə tutur. Bu təqaüdü ikiqat artıracağıq. Bu gündən hər tələbə üçün 300 lari olacaq və 5000 əlaçı tələbə təqaüd alacaq. Bu, simvolik ola bilər, amma bu, bizim tərəfimizdən, tələbələrimizi qiymətləndirmək üçün bir jestdir. Hazırlanacaq meyarlar nazirin əmri ilə təsdiqlənəcək”, - deyə İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər