10 
Sen
2023
10:09
343

Paşinyan gürcüstanlı həmkarına da Azərbaycanla təcili danışıqlara hazır olduğunu bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili müzakirələr aparmağa hazır olduğunu açıqlayıb.

InterPress.ge yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətinin bəyanatında deyilir.

Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.

Öz növbəsində, Gürcüstanın baş naziri regionda sülh və sabitliyin rifahı naminə səy göstərməyə hazır olduğunu bildirib. Tərəflər əsas problemlərin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.

Bizimlə əlaqə saxlayın