09 
Sen
2023
21:08
442

DİN: “Ozurqeti və Lançxutidən 122 nəfər təxliyə edilib”

Ozurgeti və Lançxuti bələdiyyələrinin kəndlərindən 122 nəfər təxliyə edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə,Quriya bölgəsindəki fəlakət zonasında xilasetmə əməliyyatları davam edir.  
Təbii fəlakət zonasına nəzarət etmək üçün xüsusi pilotsuz uçuş aparatlarından istifadə olunur.

 
“Fövqəladə Hallar İdarəsi Xidmətinin yanğınsöndürənləri və xilasediciləri tərəfindən Özurgeti və Lançxuti bələdiyyələrinin kəndlərindən 122 nəfər, o cümlədən uşaq və azyaşlılar təxliyə edilib, onlar təhlükəsiz əraziyə aparılıb.

Yanğınsöndürənlər tərəfindən kəndlərdə yaşayan əhaliyə ilkin tələbat malları, dərman vasitələri və məmulatlar çatdırılıb.

Quriya bölgəsində Daxili İşlər Nazirliyinin müvafiq bölmələri həm canlı qüvvə, həm ağır texnika, həm də üzən maşınları səfərbər edib. Fəlakət zonasında xüsusi pilotsuz uçuş aparatları ilə monitorinq aparılır”, - deyə agentliyin yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın