08 
Sen
2023
19:48
347

Quriyada təbii fəlakət bölgəsində daha bir cəsəd aşkar edilib

Quriya vilayətində təbii fəlakət zonasında üçüncü cəsəd aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, indiki mərhələdə 50-yə yaxın vətəndaş təbii fəlakət zonasından təhlükəsiz yerə köçürülüb. İkisi yeniyetmə olmaqla üç cəsəd tapılıb.

“Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Temur Mqebrişvili fəlakət zonasında qalır və fövqəladə hallar üzrə qərargahı koordinasiya edir.

Quriya bölgəsinə Daxili İşlər Nazirliyinin müvafiq bölmələrindən həm canlı qüvvə, həm ağır texnika, həm üzən maşınlar, həm də bir qrup kinoloq səfərbər edilib. Fəlakət zonasının monitorinqi üçün xüsusi pilotsuz uçuş aparatlarından istifadə edilir”, - deyə məlumatda bildirib.

Bizimlə əlaqə saxlayın