08 
Sen
2023
17:25
605

Yaxın günlərdə Gürcüstanda dəyişkən hava şəraiti davam edəcək

Sentyabrın 8-də günün ikinci yarısından etibarən Gürcüstanın əksər ərazilərində, sentyabrın 9-dan 10-u səhərədək isə Qərbi Gürcüstanın və Şərqi Gürcüstanın əksər hissəsində güclü yağıntı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumatda bildirilir ki, gözlənilən intensiv yağıntılar Gürcüstan çaylarında daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb olacaq.

"Sentyabrın 8-də günün ikinci yarısından başlayaraq Gürcüstanın əksər ərazilərində, sentyabrın 9-dan sentyabrın 10-u səhərədək isə Qərbi Gürcüstanın əksəriyyətində və Şərqi Gürcüstanın bəzi rayonlarında leysan xarakterli yağış, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Güclü qərb küləyi əsir. Dənizdə 3-4 bal fırtına dalğası mümkündür. Sentyabrın 9-dan havanın temperaturunun xeyli aşağı düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb olacaq”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın