Güclü yağış nəticəsində Gürcüstanın bir sıra şəhərlərində problemlər yaranıb
Güclü yağış nəticəsində Kobuleti bələdiyyəsinin bir neçə küçəsində həyətləri və yaşayış evlərinin birinci mərtəbələrini su basıb.
InterPress.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, güclü yağış kəndlərdə sürüşmələrə səbəb olub.
Kobuleti meriyasının verdiyi məlumata görə, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması işləri davam edir.
“Kobuletidə səhər saatlarından intensiv yağışın vurduğu ziyanın aradan qaldırılması işləri aparılır. Güclü yağış nəticəsində Açğva çayı məcrasından çıxıb və nəticədə şəhərin bir neçə yerində daşqın olub. Meriyanın müvafiq xidmətləri müxtəlif qurumlarla birlikdə nasos və təmizlik işlərini fəal şəkildə həyata keçirir. Müxtəlif kəndlərdə sürüşmə prosesləri inkişaf edib. Kobuleti meri, fövqəladə halların idarə olunması xidməti, meriya və yol departamentinin nümayəndələri hadisə yerindədirlər”, - Kobuleti şəhər meriyasından bildiriblər.
Eyni zamanda, yağıntı Ozurqeti bələdiyyəsində problemlər yaradıb, əhali kömək istəyir. Onların sözlərinə görə, yolları sel basıb, hərəkət edə bilmirlər.
Güclü yağış nəticəsində Supsa, Ureki, Lançxuti bələdiyyələrini də su basıb.


