Ağbulaqda 11 yaşlı uşağa cinsi təcavüz edən şəxsə hökm oxundu
Ağbulaq Rayon Məhkəməsi 11 yaşlı uşağa qarşı cinsi zorakılıqda ittiham olunan şəxsi 11 il müddətinə azadlıqdan məhrum edib.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat verib.
“Tetritskaro rayon məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edib və bir nəfəri on dörd yaşına çatmamış şəxsə qarşı cinsi zorakılıqda təqsirli bilib.
İttiham tərəfinin məhkəməyə təqdim etdiyi dəlillər sübut edib ki, təqsirləndirilən şəxs 11 yaşlı uşağa zorakılıq tətbiq edərək seksual xarakterli hərəkətlər edib”, - prokurorluqdan bildirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi 2022-ci il dekabrın 19-da həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin 4-cü hissəsinin “A” bəndi (təqsirkarı qabaqcadan bilən on dörd yaşına çatmayan şəxsə qarşı cinsi xarakterli zorakılıq hərəkətləri) ilə ittiham edilib və həbs cəzasına məhkum edilib.


