07 
Sen
2023
11:07
633

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Gürcüstanda səfərdədir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Gürcüstanda səfərdədir.

InterPress.ge xəbər verir ki, Hərbi Polis İdarəsinin rəisi, polkovnik-leytenant Elgün Əliyev və nümayəndə heyətinin üzvlərini Gürcüstan Müdafiə Qüvvələrinin Hərbi Polis İdarəsinin rəisləri qarşılayıblar.

İdarənin rəisi, polkovnik Kaxa Petriaşvili azərbaycanlı həmkarı ilə ikitərəfli görüş keçirib. Görüşdə tərəflər öz təcrübələrini bölüşüb, mehriban münasibətlərə diqqət yetirib, əməkdaşlığın dərinləşdirilməsi arzularını bildiriblər.

Gürcüstan tərəfi Azərbaycanlı qonaqlara Hərbi Polis İdarəsinin missiyası və fəaliyyəti haqqında məlumat brifinqi təqdim edib. Səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndələri Hərbi Polisin Şərq Batalyonunda olub, bazada təqdim olunan texnika, silah və nəqliyyat vasitələrinə baxış keçirib, onların imkanları ilə tanış olublar. Xüsusi təşkil olunmuş brifinqdə qonaqlar Hərbi Polis İdarəsinin Şərq taborunun funksiya və vəzifələri, məqsədləri və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı barədə mühüm məlumatlar əldə ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər