Tbilisinin Avcala ərazisində , Kür çayında əməliyyat-axtarış tədbirləri davam etdirilir.
InterPress.ge xəbər verir ki, məlumata görə, Fövqəladə Hallar Xidmətinin əməkdaşları çaya düşmüş azyaşlını axtarırlar.
Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, xilasedicilər bir neçə saatdır ki, çayda axtarış işləri aparırlar.
Hadisənin digər təfərrüatları məlum deyil.
