Marneulidən olan gənc pedaqoq Kamran Əfəndiyev Milli Müəllim Mükafatının finalçıları arasındadır.
InterPress.ge xəbər verir ki, 2023-ci ilin Milli Müəllim Mükafatının ən yaxşı beşliyi 5 sentyabrda müəyyən olunub.
Qeyd edək ki, qalib oktyabrın 5-də açıqlanacaq. Kamran Əfəndiyev Mollaoğlu ictimai məktəbində gürcü dili ikinci dil kimi fənn müəllimi olaraq fəaliyyət göstərir.
