2023-cü ilin avqust ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,7%, illik inflyasiyanın səviyyəsi isə 0,9% təşkil edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Sakstat-ın bu gün açıqladığı avqust ayı inflyasiya göstəricilərinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə baza inflyasiyası 2,7% təşkil edib.
2023-cü ilin avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə qiymətinin ən çox düşdüyü məhsulların siyahısını təqdim edirik:
günəbaxan yağı - 43,6%
Bibər - 42,9%
marqarin - 21%
Limon - 17,8%
Qoz - 13,2%
Toyuq döşü - 10,2%
Buğda unu - 9,9%
Çörək - 9,5%
Duz - 9,4% .
