Sabahdan etibarən avtomobillərdə bunlara nəzarət ediləcək
Parlamentdə üçüncü oxunuşda “Gürcüstanın İnzibati Xətalar Məcəlləsi”nə avtonəqliyyat vasitələrinin işlənmiş qazlarında zərərli maddələrin tərkibinin müəyyən edilmiş normadan artıq olmasına görə cərimə sanksiyalarının tətbiqini nəzərdə tutan dəyişiklik qəbul edilib.
InterPress.ge xəbər verir ki, qanunvericiliyə dəyişiklik sentyabrın 4-dən qüvvəyə minəcək.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin nümayəndəsi Tariel İremadzenin sözlərinə görə, cərimələrin məbləği və təkrar pozuntuların müddəti müəyyən edilib.
“Cərimə sanksiyaları fiziki şəxs üçün 100 lari, hüquqi şəxs üçün isə 500 lari müəyyən edilib, baxmayaraq ki, qanunda artıq 15 təqvim günü ərzində təkrar pozuntulara yol verildikdə, cərimə üç dəfə artırılaraq 300 və 1500 lari olacaq. Həmçinin, pozuntunun 15 təqvim günü ərzində üçüncü dəfə təkrarlanması halında, cərimənin üç qat artırılaraq fiziki şəxslər üçün 600 lari, hüquqi şəxslər üçün 3000 lari təşkil edəcək”, – Tariel İremadze bildirib.
Qanun Tbilisi, Rustavi, Kutaisi və Batumidə avtomobillərin tullantılarının monitorinqini nəzərdə tutur. İremadzenin sözlərinə görə, ilk mərhələdə sadalanan 4 şəhərdə paylanacaq və avtomobilləri egzozda olan zərərli maddələrin miqdarını ölçən xüsusi ölçü cihazları ilə yoxlayacaq 10 ekipaj yaradılacaq.


