Kaspidə əliliyi olan şəxs döyülüb
Kaspidə əliliyi olan şəxs döyülüb.
InterPress. ge xəbər verir ki, bu barədə bir vətəndaş sosial şəbəkədə məlumat yayıb .
O, bildirib ki, 50 yaşlarında olan şəxs zərərçəkmişə maşına minməyi təklif edib və o, bundan imtina etdikdən sonra onu zorla maşına mindirib və vəhşicəsinə döyüb.
Özünün məlumatına görə, döyülən şəxs tərəfindən cinayət törətdiyi iddia edilən şəxsin kimliyi məlum olub və hazırda onun üzərində axtarış aparılır:
“Yəqin ki, hamınız Qionun əlil arabası ilə gəzdiyini bilirsiniz. Dünən gecə saatlarında o, Libreyə şirə almaq üçün girib. Mağazadan çıxanda onun arxasınca 50 yaşlarında bir şəxs gəlib və onun maşınına minməyi təklif edib. Qiorqi isə bundan imtina etdikdə ona zor tətbiq edərək maşına mindirib. Bundan sonra onu vağzal ərazisi yaxınlığındakı Metexiyə aparıb və vəhşicəsinə döyüb. Zərərçəkmişi yerli sakinlər huşsuz vəziyyətdə tapıb və 112-yə zəng edib. O, ilk olaraq Kaspi xəstəxanasına köçürülüb və hazırda Mtsxeti klinikasındadır. Şiddətlə döyülən Qiorqi həmin şəxsin adını , maşının markasını və rəngini xatırlaya bilib. O, həmçinin hansısa binanın yanına atılandan bir müddət sonra başqa şəxslərin gəldiyini və öz aralarında onun artıq öldüyünə əmin olaraq kömək etmədən uzaqlaşdığınl xatırlayıb.
Hazırda həmin şəxsin kimliyi müəyyən edilib və barəsində axtarış elan edilib.
Normal danışa bilməyən, normal yeriyə bilməyən insana qarşı necə biganə qalmaq olar. Polis belə cinayətkarlara qarşı sərt olmalıdır!”, – İrakli Miladze adlı istifadəçi sosial şəbəkədə yazıb.


