Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Alyans Gənclər Mərkəzinin sədri: "Gürcüstanda çox az sayda azərbaycandilli məktəb qalıb"

516
Alyans Gənclər Mərkəzinin sədri: "Gürcüstanda çox az sayda azərbaycandilli məktəb qalıb"
Dinləmək üçün basın

Hazırda Gürcüstanda çox az sayda azərbaycandilli məktəb qalıb. Hətta, həmin təhsil ocaqlarının birdəfəlik bağlanma riski də mövcuddur".

Hazırda Gürcüstanda çox az sayda azərbaycandilli məktəb qalıb. Hətta, həmin təhsil ocaqlarının birdəfəlik bağlanma riski də mövcuddur".

InterPress.ge"Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu fikirləri Alyans Gənclər Mərkəzinin sədri Leyla Əmrahova sentyabrın 2-də Tbilisidə keçirilən Beynəlxalq Gənclər Forumunun "Mədəni diplomatiya" adlı panel müzakirələrində deyib.

O bildirib ki, bu da azərbaycanlıların narahatlığına səbəb olur: "Hətta, bir çox təhsil yerlərində ibadət otaqlarının olmaması da əsas qabardılan problemlərdən idi. Tbilisidə Azərbaycan gənclərinin bir yerə toplanması, asudə vaxtlarının səmərəli təşkili, ələlxüsus universitetə qəbul olub Gürcüstanın kənd və rayonlarından paytaxta gələn azərbaycanlıları bir araya gətirib cəmiyyətə inteqrasiyasına köməklik göstərmək məsələsində Azərbaycan dövləti mühüm işlər görür. Bir çox mərkəzlər, dərnək və birliklər açılır. Bu dərnəklərdən biri də Alyans Gənclər Mərkəzidir ki, burada Azərbaycan dili və tarixi, mədəniyyəti haqda geniş məlumatlar verilir, dərslər keçirilir".

L.Əmrahovanın sözlərinə görə, əsas məqsədləri xanımların cəmiyyətə inteqrasiyası, erkən nikahın qarşısını almaq üçün onların təhsilə və peşəyə yönəltməkdir: "Çünki, bir peşəsi olan qadın cəmiyyətə rahat inteqrasiya ola bilir. Dili də öyrətdiyimiz üçün azərbaycanlı xanımlar cəmiyyətdə özlərini sərbəst və rahat hiss etmiş olurlar. Azərbaycan mərkəzləri və dərnəkləri gürcü mərkəzləri və birlikləri ilə birgə layihələr həyata keçirir ki, azərbaycanlı və gürcü gənclər daha da yaxın olsunlar. Birgə muzeylərə gedilir, mədəniyyət tədbirləri həyata keçirilir. Azərbaycanlı tələbələr gürcü mətbəxi, gürcülər isə Azərbaycan mətbəxi ilə tanış olurlar. Ustad dərsləri təşkil edilir. Burada Azərbaycan mətbəxindən olan təamları gürcü tələbələr, gürcü mətbəxindən olan yeməkləri isə azərbaycanlılar hazırlayır. Milli musiqilərimiz onlara tanıdılır, dahi şəxsiyyətlərimiz haqda məlumatlar verilir".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →