Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilib

317
Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilib
Dinləmək üçün basın

Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilib.

Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə "Report"un Gürcüstan bürosu məlumat verib.

Məlumata görə, paytaxt Tblisidə gənc soydaşlarımız Beynəlxalq Gənclər forumunda bir araya gəliblər.

Tədbirdə Gənclər təşkilatları nümayəndələri, QHT rəhbərləri, universitet gəncləri, Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi, DATÜB və ATVİB Gənclər Təşkilatı üzvləri və digər qonaqlar iştirak edib.

Azərbaycanda yaşayan Axıska Türklərinin "Vətən" İctimai Birliyinin sədr müavini Mövlud Işıkın sözlərinə görə, "Mədəni Diplomatiya" adlı tədbirin əsas məqsədi axıska türklərinin tanıdılması, Gürcüstandakı multikulturalizm mühitində yaşayan soydaşlarımızın bir araya gətirilməsi, tələbə gənclərin cəmiyyətə inteqrasiyası, təhsil alan gənclərin problemlərinin ortaya çıxarılması, axıskalı və azərbaycanlı gənclərin gələcəkdə ortaq layihələr həyata keçirməsinin yollarını axtarmaqdır.

O bildirib ki, qarşıdakı illərdə Axalsike şəhərində Türkiyə, Azərbaycan və Gürcüstandan qatılan gənclərin iştirakı ilə daha böyük miqyasda tədbirin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir QHT Agentliyinin maliyyə dəstəyi, Azərbaycanda yaşayan Axıska Türklərinin "Vətən" İctimai Birliyinin təşkilatçılığı, Alyans Gənclər Mərkəzi və DATÜB Gənclər Təşkilatının tərəfdaşlığı ilə keçirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →