Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda internet ilə təmin olunma nisbəti artıb

472
Gürcüstanda internet ilə təmin olunma nisbəti artıb
Dinləmək üçün basın

Gürcüstanda internetlə təmin olunma artıb.

Gürcüstanda internetlə təmin olunma artıb.

InterPress.ge “Sakstat”a istinadən xəbər verir ki, 2023-cü ildə Gürcüstanda ailələrin 89 faizinin internetə çıxışı olub ki, bu da əvvəlki illə müqayisədə 0,6 faiz bəndi çoxdur.

Onların arasında kənd yerlərində internetlə təmin olunma 1 faiz bəndi artıb.

Gürcüstanda şəhərlərdəki ailələrin 93,1 faizi, kənd yerlərində isə 83,4 faizi internetlə təmin olunub. Regionlar üzrə ən yüksək göstərici Acarıstan və Tbilisidə qeydə alınıb, müvafiq olaraq 96,2 və 94,2 faiz təşkil edib.

Son 3 ayda 6 yaşdan yuxarı əhalinin 82,7 faizi internetdən istifadə edib ki, bu da əvvəlki illə müqayisədə 2,8 faiz bəndi çoxdur.

Yaş qruplarına görə internetdən istifadə göstəricisi 15-29 yaşlı əhali arasında ən yüksəkdir və 98,1 faizdir.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →