30 
Avq
2023
21:25
338

Marneulili gənc Qazaxıstanda 2023-cü ilin dünya çempionatında qol güləşi üzrə çempionluq qazanıb

2023-cü ildə Qazaxıstanda keçirilən qol güləşi üzrə dünya çempionatında marneulili Tamaz Boçoidze çempion olub. O, 90 kq çəki dərəcəsində sağ qolda birinci yeri tutaraq dünya çempionu olub.

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsinin meriyası məlumat yayıb.

Onların məlumatına görə, Tamaz Boçoidze bu ilin iyununda Moldovada keçirilən qol güləşi üzrə Avropa çempionatında da uğurla çıxış edərək birinci yeri tutub.

Marneuli Bələdiyyəsinin meri Kənan Ömərovun sözlərinə görə, Marneuli Bələdiyyəsinin özünüidarəsi yerli idmançıların yanındadır və bələdiyyədə idmanın inkişafına kömək edir.

“Marneuli idmançılarının müxtəlif beynəlxalq turnirlərdə qələbəsi bizim üçün vacib məsələdir, çünki bu uğur hər bir marneulili gənc üçün motivasiyadır. İdmançımız Tazo Boçoidzeni növbəti layiqli qələbə münasibətilə təbrik edir, ona uğurlar arzulayıram”, - deyə Kənan Ömərov bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər