30 
Avq
2023
14:49
1013

Rusiya Gürcüstan vətəndaşlarına Rusiya universitetlərində pulsuz təhsil almağı təklif edir

Rusiya Gürcüstan vətəndaşlarına Rusiya universitetlərində pulsuz təhsil almağı təklif edir. 2024-2025-ci tədris ili üçün Rusiya Federasiyasının federal büdcəsi xərcinə qəbul üzrə müsabiqə sentyabrın 1-dən başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsi məlumat yayıb.

Müsabiqədə Gürcüstan vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və Gürcüstan ərazisində daimi yaşayan Rusiya vətəndaşları iştirak edə bilərlər.

“Ərizəni doldurmaq üçün “Rusiya Federasiyasında təhsil” dövlət informasiya sisteminin saytında qeydiyyatdan keçməli, formanı doldurmalı və yoxlamaya göndərməlisiniz. Müraciət üçün son tarix 1 sentyabr 2023-cü ildən 1 noyabr 2023-cü il tarixinə qədərdir. Zəhmət olmasa, ətraflı təlimatları diqqətlə oxuyun”, - İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsinin bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, ötən ay Gürcüstandakı Primakov Mərkəzinin rəhbəri Dimitri Lortkifanidze Tbilisidə Rusiya Federasiyasının təhsil haqqını “ödəyəcəyi” Gürcüstan-Rusiya universitetinin yaradılacağını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər