29 
Avq
2023
21:31
564

Güclü yağış paytaxtda problemlər yaratdı

Güclü yağış paytaxtda problemlər yaradıb. Vətəndaşların verdiyi məlumata görə, yağan güclü yağış nəticəsində yolları və səkiləri su basıb.

InterPress.ge xəbər verir ki, istifadəçilər sosial şəbəkələrdə müvafiq videomateriallar yayıblar.

Tbilisi meriyasının məlumatında bildirilib ki, küçələri və yeraltı keçidləri su basıb, ağaclar aşıb, elektrik naqilləri zədələnib - əhalini küçələrdə hərəkət etməkdən çəkinməyə çağırırıq.

Elanda qeyd edilir ki, zərurət yaranarsa, vətəndaşlar meriyanın aşağıda qeyd edilmiş qaynar xəttinə zəng edə bilərlər: 2 722222.

“Tbilisiyə yağan güclü yağıntı və külək paytaxt üçün problemlər yaradıb. Küçələri, yeraltı keçidləri su basıb, ağaclar aşıb, elektrik xətləri sıradan çıxıb.

Tbilisi Bələdiyyəsinin bütün aidiyyatı qurumları, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidməti ilə birlikdə tam səfərbər olunub və problemlərin aradan qaldırılmasına başlanılıb. Hadisə yerində Tbilisinin bütün rayon administrasiyalarının nümayəndələri iştirak edirlər”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər