29 
Avq
2023
19:23
257

İtaliyada 8 Gürcüstan vətəndaşı mənzilləri qarət etmək ittihamı ilə saxlanılıb

İtaliyada 8 Gürcüstan vətəndaşı mənzilləri qarət etməkdə ittiham edilərək saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı və İtaliyanın daxili işlər naziri Matteo Piantedos yayıb.

Piantedosun məlumatına görə, İtaliyanın Salerno şəhərində 8 Gürcüstan vətəndaşı saxlanılıb, onların əksəriyyəti ölkədə qeyri-qanuni olub. İtaliya polisi onlardan 100 min avro dəyərində qızıl-zinət əşyaları və bahalı saatlar müsadirə edib.

"Mən bu gün Salernoda Dövlət Polisi tərəfindən paytaxt prokurorluğunun koordinasiya etdiyi və mənzil oğurluğu üzrə ixtisaslaşmış dəstə üzvlərinin həbsi ilə nəticələnən istintaqın bir hissəsi olan əməliyyatdan məmnun və minnətdaram"-  İtaliyanın daxili işlər naziri Matteo Pantedosi bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər