29 
Avq
2023
14:58
320

Müdafiə briqadasının böyük təlimatçısı fəlakət zonasında xilasetmə işləri zamanı dünyasını dəyişib

Şovidə aparılan xilasetmə işləri zamanı Milli Qvardiyanın 10-cu Ərazi Müdafiə Briqadasının böyük təlimatçısı Temur Xarçilavanın ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Xarçilavanın vəfatı ilə əlaqədar dərin hüznlə kədərləndiyini bildirib.

Məlumat üçün bildirək ki, avqustun 3-də Raçada sürüşmə baş verib. Təsdiqlənmiş məlumatlara görə, təbii fəlakət nəticəsində 31 nəfər ölüb, xilasedicilər hələ də 2 nəfəri axtarır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər