28 
Avq
2023
15:32
595

Marneulidə İlməzli kəndində naməlum şəxslər evləri qarət edir - Əhali bununla bağlı etiraz edir

Marneuli şəhərinin İlməzli kənd sakinləri etiraz edirlər.

InterPress.ge-nin xəbərinə görə, naməlum şəxslər evlərə girərək qarət edirlər. 

Bildirilib ki, naməlum şəxslər beş sahibsiz evə giriblər. 

Sakinlər qeyd ediblər ki, evlərdən birinə oğurluq məqsədilə girən şəxslərdən birinin çantası düşüb, içindən bıçaq, telefon və s. götürülüb. Kənd sakinləri adıçəkilən əşyaları polisə təhvil veriblər. 

Sakinlər bildiriblər ki, polis məsələyə ciddi yanaşmır. Evlərə oğurluq məqsədilə girən şəxslərdən birini özləri tutublar və polisə təhvil veriblər.

Sakinlər bildiriblər ki, gecəni səhərə kimi yatmırlar, kəndə girib-çıxan avtomobilləri özləri yoxlayırlar.

Əhali bu məsələyə aidiyyəti orqanlar tərəfindən ciddi yanaşılmasını tələb edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər