28 
Avq
2023
10:41
695

Tbilisidə kirayə mənzil qiymətləri artıb

Tbilisidə kirayə mənzillərin qiyməti 48% artıb.

InterPress.ge xəbər verir ki, bu barədə “TBS Capital”ın daşınmaz əmlak araşdırmasında qeyd olunub.

Bundan əlavə, araşdırmaya görə, 2023-cü ilin iyul ayında Tbilisidə 3336 əməliyyat qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.

Orta satış qiyməti əvvəlki ayla müqayisədə praktiki olaraq dəyişməyərək 1164 dollar/kv.m təşkil edərək illik müqayisədə 22% artıb.

Kirayənin qiyməti 13,1 dollar/kv.m təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 5%, 2022-ci ilin iyul ayı ilə müqayisədə isə 48% çoxdur.

Aylıq olaraq əməliyyatların azalması fonunda bazarın həcmi iyun ayı ilə müqayisədə 9% azalaraq 255 milyon dollar təşkil edib. İllik seqmentdə 18% artım qeydə alınıb”, - deyə araşdırmada qeyd olunub.

Bizimlə əlaqə saxlayın