Mçxetada, Şio-Mqvimi monastırının yaxınlığında dağ çöküb.
InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə Nika Çerkezişvili adlı şəxs video yayımlayaraq məlumat verib.
Onun sözlərinə görə, çökmə nəticəsində xəsarət alan olmayıb.
“Şio- Mqvimi monastırının yaxınlığında dağ uçub.
Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hər halda, bu, indilik məlumatdır və ümid edirəm ki, heç nə dəyişməyəcək”, – Nika Çerkezişvili yazıb.
