27 
Avq
2023
16:01
346

Kutaisidə mağazalar şəbəkəsinin anbarında yanğın baş verib

Kutaisi şəhərinin Nikea küçəsində yerləşən “Cibe” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.

InterPress.ge xəbər verir ki, hadisə şahidləri partlayış səsi də eşidiblər.

Hazırda ətrafda güclü tüstü var, yanğın və xilasetmə xidmətləri hadisə yerində işləyir.

 Yanğının səbəbi hələlik məlum deyil.

 Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı da məlum deyil.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər