26 
Avq
2023
22:25
318

Raça yolunda divar bərkitmə işləri zamanı torpaq kütləsi çöküb

Kutaisi (Çoma)-Alpana-Mamison aşırımı avtomobil yolunun 107-ci km-i ilə Saçxere-Raçi birləşdirici avtomobil yolu arasında əlaqənin yaxşılaşdırılması məqsədi ilə aparılan işlər zamanı kiçik torpaq sahəsi çöküb.

InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları İdarəsi məlumat verib.

Onların sözlərinə görə, körpünün tikintisi zamanı uçqun qayanın kəsilməsi nəticəsində baş veribmiş kimi yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Hadisə nəticəsində xəsarət alan olmayıb, çünki aparılan işlər ilə əlaqədar olaraq əvvəlcədən təhlükəsizlik tədbirləri görülüb. Sözügedən hissədə mövcud divar çatlayıb, nəticədə yolun hərəkət hissəsi parapetlə əhatə olunub və nəqliyyatın hərəkəti yalnız bir zolaqda olub. Yol hissəsində divar bərkitmə işləri aparılırdı. Artıq 140 metr mühafizə divarı quraşdırılıb və divarın qalan hissəsində 15 metri torpaq kütləsi uçmuş qalan 40 metrlik hissədə işlər davam etdirilir. Uçmuş torpaq kütləsi parapetlərlə əhatə olunmuş ərazidən o yana getməyib və nəqliyyatın hərəkəti kəsilməyib.

 Körpünün tikintisi zamanı qayanın kəsilməsi nəticəsində sürüşmənin baş verməsi məlumatı həqiqətə uyğun gəlmir”, - deyə qurumun yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər