Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Danimarka Quranı yandıranlara həbs cəzası verilməsini istəyir

616
Danimarka Quranı yandıranlara həbs cəzası verilməsini istəyir
Dinləmək üçün basın

Danimarka hökuməti ölkədə Quranın yandırılmasını cinayət hesab edən qanun qəbul etmək istəyir. Bu hərəkətə görə insanlar 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Danimarka hökuməti ölkədə Quranın yandırılmasını cinayət hesab edən qanun qəbul etmək istəyir. Bu hərəkətə görə insanlar 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.

InterPress.ge “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın ədliyyə naziri Peter Hummelqaard bildirib.

“Hökumət dini icma üçün vacib olan əşyalarla uyğunsuz davranışı qadağan edən qanun təklif edəcək”, - P.Hummelqaard deyib.

Nazir əlavə edib ki, Quran, İncil və ya Tövratın yandırılması qanunsuz olacaq.

Hökumət, həmçinin Danimarkada Quranın yandırılmasının qadağan edilməsinin söz azadlığını pozacağını bildirən bəzi müxalifət partiyalarının etirazlarını rədd edib.

"Hesab edirəm ki, öz düşüncəni ifadə etmək üçün əşyaları yandırmaqdan daha sivil yollar var”, - P.Hummelqaard deyib

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →