Donald Tramp 200 min dollar girov müqabilində həbsdən azad edilib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatının Fulton qraflığının həbsxanasından 200 min dollar girov müqabilində azadlığa buraxılıb.
InterPress.ge xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Tramp həbsxanada 20 dəqiqədən bir qədər çox vaxt keçirib və orada lazımi prosedurdan sonra 200 min dollar girov müqabilində sərbəst buraxılıb.
Telekanalın məlumatına görə, Donald Tramp həbsxana sənədlərində #P01135809 məhbus kimi qeyd olunub. Verdiyi müsahibədə Tramp həbsxanada olmağı dəhşətli və çox kədərli bir təcrübə kimi qiymətləndirib.
“Bütün həyatım boyu ittihamlar barədə heç nə bilmirdim və indi mənə dörd dəfə ittiham irəli sürülüb”, - deyə keçmiş prezident bildirib.
Xatırladaq ki, Tramp Corciya ştatında 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişməyə cəhdlə bağlı ondan çox ittiham irəli sürülüb. Ona qarşı bu il dördüncü dəfə cinayət işi qaldırılıb.