Tbilisidə Ukraynanın Müstəqillik Gününə həsr olunmuş yürüş keçirilir.
InterPress.ge xəbər verir ki, yürüşdə Gürcüstan, həm də Ukrayna vətəndaşları iştirak edir.
Yürüş Çavçavadze küçəsindən başlayaraq davam edir.
Həmçinin, Kutaisidə də Ukraynanın Müstəqillik Gününə həsr olunmuş həmrəylik aksiyası keçirilib, burada müxalifət spektri, vətəndaş fəalları və Kutaisidə yaşayan ukraynalılar Aqmaşenebeli abidəsi önünə toplaşaraq şəhərdə yürüş keçiriblər.
Daha sonra Ağ körpünün yaxınlığında aksiya-tamaşa keçirilib. Gürcüstanın və Ukraynanın himnləri səsləndirilib. Simvolik olaraq yerində Ukrayna bayrağının rənglərinin tüstüsü yayılıb.
