Ölkənin ali qanununun qəbulundan 28 il ötür - 24 avqust Gürcüstan üçün tarixi bir məqamdır.
InterPress.ge xəbər verir ki, 1995-ci ildə parlament Gürcüstanın Konstitusiyasını təsdiq edib.
Qeyd olunan vaxtda Ali Qanunun əleyhinə 8 deputat səs versə də, 159 deputat dəstəkləyib.
Dövlət Konstitusiya Komissiyası əvvəlcə 1921-ci il Konstitusiyasının yeni redaksiyasının üzərində işləsə də, sonda yeni konstitusiya qəbul edilməsinə qərar verilib. Bu illər ərzində sənəd çoxlu dəyişikliklərə məruz qalıb.
