Baş nazir vətəndaşları Konstitusiya Günü münasibətilə təbrik edir
"Konstitusiya Gününüz mübarək!
24 avqust dövlətçiliyimiz üçün ən mühüm tarixdir - 1995-ci ildə bu gün müstəqil Gürcüstanın parlamenti ölkənin ali qanununu qəbul etməklə tariximizdə yeni mərhələyə - vətəndaş birliyi, qanunun aliliyi, azadlıq, demokratiya, sülh və inkişaf ideallarına əsaslanan dövlət quruculuğuna başladı".
InterPress.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın baş naziri İrakli Qaribaşvili vətəndaşları Konstitusiya Günü münasibətilə təbrik edib.
Hökumət başçısının qeyd etdiyinə görə, Konstitusiya Günü birlik məqamıdır və bu, bizim parlaq gələcəyin - vahid, dinc, güclü, inkişaf etmiş Gürcüstanın qurulması ilə bağlı ümumi qərarımızı bir daha təsdiqləyir.
"Gürcüstan Konstitusiyası - bizim bir-birimizlə və dövlətimizlə olan müqaviləmiz böyük tarix və mədəniyyətin müəyyənedici dəyərlərinə əsaslanır. Eyni zamanda, müasir dövrdə ölkənin və xalqın tərəqqisi və inkişafı üçün yeni məqsəd və vəzifələri müəyyən edir" - Baş nazir qeyd edib.


