DİQQƏT! Bu tarixlərdə Kutaisi hava limanına planlaşdırılan reyslər Batumi və Tbilisi hava limanlarında həyata keçiriləcək
Sentyabrın əvvəlində Kutaisi Beynəlxalq Hava Limanının aeroport infrastrukturunun planlaşdırılmış reabilitasiya işləri ilə əlaqədar iki gün ərzində Kutaisi Beynəlxalq Hava Limanında deyil, Tbilisi və Batumi Beynəlxalq Hava Limanlarında müntəzəm reyslər yerinə yetiriləcək.
InterPress.ge xəbər verir ki, məlumatı Kutaisi Beynəlxalq Hava Limanı yayıb.
O cümlədən, reabilitasiya müddəti sentyabrın 3-ü səhər saat 07:00-dan sentyabrın 5-i saat 01:00-dək nəzərdə tutulub.
"Yaradılan narahatlığa görə sərnişinlərdən üzr istəyirik. Bu müddət ərzində planlaşdırılan uçuş/eniş saatları dəyişməzdir, yalnız hava limanları dəyişir!
Aviaşirkətlər artıq sərnişinləri hava limanlarının dəyişdirilməsi ilə bağlı elektron poçt vasitəsilə məlumatlandırıblar.
Kutaisi Beynəlxalq Hava Limanının rəsmi daşıma şirkəti olan “Omnibus Express” sərnişinlərin Tbilisidən Kutaisi və Batumiyə, eləcə də Kutaisi və Batumidən Tbilisi Beynəlxalq Hava Limanına daşınmasını təmin edir", - məlumatda qeyd olunub.


