Diabetli uşaqlarda qan qlükozasına nəzarət etmək üçün pulsuz mobil telefonların verilməsinə başlanıldı
Davamlı olaraq qan qlükoza monitorinqi (CGM) sistemləri və onlardan istifadə etmək üçün mobil telefonlar 1-ci tip şəkərli diabet diaqnozu qoyulmuş uşaqlara pulsuz verilir.
InterPress.ge xəbər verir ki, məlumatı Səhiyyə Nazirliyi yayıb.
Medtronic-in ən son, 4-cü nəsil cihazı - Guardian 4 məlumatları göstərmək üçün kalibrləmə tələb etmir. Bu diabetə nəzarətin müasir texnologiyasıdır. Həm 3-cü, həm də 4-cü nəsil qurğular davamlı olaraq qlükoza səviyyəsini ölçür, qlükoza göstəricilərini qeyd edir və həyəcan siqnalı verir ki, bu da həyat üçün təhlükəli vəziyyətlərə tez reaksiya verməyə və qarşısının alınmasına imkan verir.
"Guardian 4" 7 yaş və yuxarı xəstələr üçün nəzərdə tutulub. Şirkət nümayəndələri və mütəxəssislər Guardian 4-ün 7 yaşdan kiçik uşaqlarda istifadəsini tövsiyə etməyiblər. Müvafiq olaraq, qeyd olunan sistem 7-18 yaş arası şəxslərə verilir. Guardian 3 sensorları 7 yaşdan kiçik uşaqlara verilməyə davam edir.
Smartfonlara gəlincə, cihaz sosial cəhətdən həssas qrupda olan 1-ci tip şəkərli diabet diaqnozu qoyulmuş, ailə reytinqi 120.000-dən çox olmayan uşaqlara, habelə 18 yaşadək iki və ya daha çox şəkərli diabet xəstəsi olan ailələrə veriləcək.


