23 
Avq
2023
12:28
511

Türkiyədən dərman idxalı 50% artıb - Gürcüstan dərmanları başqa haradan alır?

2023-cü ilin yanvar-iyul aylarında Türkiyədən Gürcüstana qablaşdırılmış dərman preparatlarının idxalı 48,2% artıb.

lnterpress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb. 

2022-ci ilin 7 ayında Gürcüstan Türkiyədən 37,7 milyon ABŞ dolları dəyərində , 2023-cü ilin eyni dövründə isə 78,2 milyon ABŞ dolları dəyərində dərman preparatları alıb.

Ümumi məlumatlara gəlincə, bu il dərman vasitələrinin idxalı da artıb. Ötən il Gürcüstan 234,3 milyon ABŞ dolları dəyərində , bu il isə 307,7 milyon ABŞ dolları dəyərində dərman preparatları alıb.

Gürcüstanın dərmanları aldığı ilk 10 ölkənin siyahısı belə görünür:
Türkiyə - 78,2 milyon ABŞ dolları
İsveçrə - 39,2 milyon ABŞ dolları
Almaniya - 32,2 milyon ABŞ dolları
Macarıstan - 20,5 milyon ABŞ dolları
Fransa - 18,7 milyon ABŞ dolları
Hindistan - 11,6 milyon ABŞ dolları
Rusiya - 11,3 milyon ABŞ dolları
Sloveniya - 10,5 milyon ABŞ dolları
Litva - 7,5 milyon ABŞ dolları
İtaliya - 7 milyon ABŞ dolları

Xatırladaq ki, Türkiyə dərman bazarı 2022-ci ilin yanvarında Gürcüstan üçün açılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, nəticədə dərman vasitələrinin qiyməti 70-80% ucuzlaşıb. Türkiyənin dərman bazarının açılması nəticəsində Gürcüstan əhalisi hər il təxminən 200 milyon lari qənaət edir.

Bizimlə əlaqə saxlayın