Rusiyanın Gürcüstanın on ixrac tərəfdaşı arasında birinci yerdə olduğu məlum olub.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Agentliyinin məlumatında bildirilir.
Araşdırmaların nəticələrinə görə, bu ilin yanvar-iyul aylarında 10 ən böyük ölkənin ümumi ixracat payı 76,2%-ə yüksəlib, Gürcüstandan ixrac olunan malların həcmi isə ötən ilin müvafiq dövrünün göstəricisini 16 faiz üstələyib.
Ekspertlərin proqnozu həyəcan doğurur - mütəxəssislər Rusiya ilə ticarət əlaqələrinin dərinləşməsinin ardınca gələcək təhlükələrdən danışırlar.
